Türkiyənin şimalında, Qara dəniz sahilində yerləşən Samsun limanında neft çənində partlayış olub.
KONKRET.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Bildirilib ki, partlayışdan sonra yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Ekipajların müdaxiləsi ilə yanğın söndürülüb.
Ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Partlayışın baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Samsun şəhəri Ankaradan 420 km şimalda yerləşir. Orada yerləşən liman Türkiyənin ən mühüm limanlarından biridir.
İqbal Rzayev,
KONKRET.az