Türkiyənin Muğla şəhərinin Bodrum vilayətində 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların episentri yerin 7 kilometr dərinliyində yerləşib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Natiq Səlim,
KONKRET.az