SON DƏQİQƏ: Türkiyədə bombalı hücum – 8 polis yaralandıbackend

SON DƏQİQƏ: Türkiyədə bombalı hücum - 8 polis yaralandı

Türkiyənin Diyarbəkir vilayətində bomba yüklü avtomobilin partlaması nəticəsində azı 8 polis əməkdaşı yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2 nəfərin saxlanıldığını açıqlayıb.

Bildirilib ki, hadisə yerli vaxtla səhər saat 5:10 radələrində Diyarbəkir-Mardin magistral yolunda baş verib.

İlkin məlumata görə, bomba yüklü maşın polis əməkdaşlarını daşıyan xidməti avtomobilin keçidi zamanı partladılıb.

Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*