SON DƏQİQƏ: Veteranlara verilən 80 manat müavinət artırılacaq?backend

SON DƏQİQƏ: Veteranlara verilən 80 manat müavinət artırılacaq?

Son aylarda sosial şəbəkələrdə və ictimai müzakirələrdə müharibə veteranlarının müavinətlərinin artırılması ilə bağlı gözləntilər çoxalıb.

Xüsusilə də 2026-ci ilin yanvarından etibarən sosial ödənişlərə yenidən baxılacağı ilə bağlı yayılan məlumatlar veteranların diqqətini cəlb edib.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda müzakirə olunan büdcə zərfində veteranlara verilən 80 manatlıq aylıq ödənişlərin artırılması nəzərdə tutulmayıb.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Ən azından indi müzakirə olunan büdcə zərfində, təəssüf ki, veteranların 80 manatlıq ödənişlərinin artması ilə bağlı hər hansı maddə yoxdur. Amma hələ büdcə müzakirələri noyabr və dekabr aylarında parlamentdə davam edəcək. Daha sonra sənəd təsdiq üçün Prezidentə göndəriləcək. Ola bilər ki, bu müzakirələr zamanı müəyyən dəyişikliklər edilsin. Amma indiki mərhələdə bununla bağlı hər hansı bir işarə yoxdur”, – deyə ekspert qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*