Son döyüşlər üzbəüz olub – Azərbaycan Ordusundan yüksək peşəkarlıq – VİDEObackend

Son döyüşlər üzbəüz olub - Azərbaycan Ordusundan yüksək peşəkarlıq - VİDEO

12-14 sentyabrda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı.

Bu döyüşlər həm də unikallığı ilə seçildi. Çünki çətin relyef şəraitində ordumuz üzbəüz döyüşlərdə düşməni məhv etdi. Şəhid və yaralı zabit və əsgərlərimizin əsasən güllə yarasına tuş gəlmələri də məhz üzbəüz döyüşlərin getməsinin sübutudur.

KONKRET.az “xəzər.xəbər”ə istinadən xəbər verir ki, hündürlüyü 3 min metr olan dağlıq ərazidə, çətin relyef şəraitində, gecənin qaranlığı və düşmənin gücləndirilmiş bunker və postlarında döyüşlər oldu. Bütün maneə və çətinliklərə baxmayaraq, bu vəziyyətdə belə Azərbaycan Ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi.

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının ordumuz tərəfindən qısa müddətdə alınması hərbçilərimizin peşəkarlığından xəbər verirdi.

Hərbi ekspert Azər Bayramovun sözlərinə görə, döyüşlər gedən ərazidə Ermənistan silahlı qüvvələrinə məxsus postlarda çox sayda hərbçi cəmləşdirilmişdi. Həmin hərbçilər təxribatı törətməzdən əvvəl hazırlıq vəziyyətinə gətirilmişdilər.

Üzbəüz döyüşdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında Azərbaycanla müqayisədə qat-qat artıq ölən və yaralanan qeydə alındı. Hətta bu döyüşlərdə gecənin qaranlığından istifadə edib qaçanlar da oldu.

Bu qarşılaşmada Ermənistan hərbçiləri Azərbaycan Ordusunun həm fiziki, həm də hərbi gücünün hansı vəziyyətdə olduğunu daha yaxından gördülər.

Yaxın döyüşdə düşmənə zərbələrin vurulması isə hərbçilərimizin uzun müddət ağır təlimlərdə iştirak edərək öz bacarıqlarını daha da təkmilləşdirməsinin nəticəsi idi.

Azər Bayramov hesab edir ki, döyüşlərin yüksək dağlıq ərazilərdə aparılmasına və düşmənin postlarının həmin hissələrdə yerləşməsinə baxmayaraq, hərbi əməliyyatlar aparılan zaman ordumuz aviasiyanın imkanlarından istifadə etmədi.

Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatının qarşısını layiqincə alacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*