“Sonuncu çıxan işığı söndürsün!” – Ermənistan tam boşalma ərəfəsindəbackend

“Sonuncu çıxan işığı söndürsün!” – Ermənistan tam boşalma ərəfəsində

Kapitulyasiyanın 9-cu ayında Ermənistan ciddi enerji problemi ilə üzləşib. Bu barədə “Past” qəzeti yazıb.

Nəşr qeyd edib ki, belə vəziyyət az öncə Metsamor AES-in işinin dayandırılması və “artsxadan böyük həcmdə elektrik enerjisi tədarükünün kəsliməsi” ilə, yəni işğalın bitməsi ilə bağlıdır. Bir çox erməni ekspertləri isə ölkənin energetik böhran ərəfəsində olduğu haqda xəbərdarlıq edirlər. Bundan əlavə, ölkədə eyni səbəbdən suvarma sularının qıtlığı yaşanır.

Yada salaq. Əvvəllər də məlumatlar getmişdi ki, işğalçı Ermənistanın elektrik enerjisinə tələbatın haradasa 40%-i (!) uzun illər Azərbaycan ərazilərinin hesabına təmin olunub. Təsəvvür etdinizmi? 30 ildə barlı-bərəkətli ərazilərimizin, zəngin fauna və floramızın, ekologiyamızın amansızcasına talan edilməsi də öz yerində (Təbii ki, zamanı çatanda böyük təzminat tələbini görəcəklər).

Elə bilirdilər ki, torpaqlarımızda əbədi yaşayacaqlar. Yaşayış məntəqələrimizin adlarını dəyişdirmiş, Cəbrayılda hətta özlərinə kilsə də tikmişdilər bu sırtıq və vəhşi qəbilənin təmsilçiləri. Gözlərində qaldı. Yedikləri haramlar isə artıq burunlarından gəlməyə başlayıb. Hamısı da gələcək. Zira, ilahi ədalət deyilən anlayış da var.

Oyunu özləri başladılar, biz bitirdik, quyunu bizə qazırdılar, özləri düşdülər. Çəkdiklərimizi indi özləri çəkir, bişərəflər! Bu da azdır onlara. Hələ harasıdır. Vətən müharibəsində haqq edib aldıqları yara hələ təzə-təzə soyuyur. Ağrılar zaman ötdükcə şiddətlənəcək…

Bizim çəkdiyimiz iztirablar əlbəttə ki, müvəqqəti idi. Çünki öz halal torpaqlarımıza qayıdacağımıza əmin idik. Ermənilərin iztirabları isə əbədidir. Ona görə ki, bir daha yad torpaqlarını qamarlayıb istismar etmələrinə imkan verməyəcəyik. Arxalarıında kim durur-dursun. Artıq “artsax”-martsax oyunu da bitib…

İşə bax, SSRİ dağılandan bəri öz xarici sərhədlərini özü qoruya bilməyən bu qondarma “dövlət” gör nə gündə imiş ki, enerji ehtiyaclarının mühüm bir hissəsini məhz işğal altındakı Dağlıq Qarabağın resursları hesabına təmin edirmiş. Adamın inanmağı gəlmir ki, belə zəif, bambılı ölkə ərazilərimizi 30 il işğalda saxlayıb və biz 30 il bu vandallığa səbir göstərmişik.

Bu mənada müzəffər ordumuz yalnızca torpaqlarımızı erməni murdarlıqlarından təmizləməyib, həm də Ermənistanın belinin qırıb. İndi onun dirçəlmək üçün bircə yolu qalır: qılıncını boynundan asıb, Azərbaycan və Türkiyənin hüzuruna gəlmək, bizdən əfv diləmək. Elədiyi bağışlanmaz qələtlərə görə üzr istəmək və tövbə eləmək.

Amma əvəzində nə görürük? Əhalisi ac-yalavac gündə olan, 44 günlük müharibədən sonra bir az da miskin və yazıq kökə düşən Ermənistan nə qədər heyrətamiz də olsa, iki qardaş dövlətə qarşı yeni təxribatlara başlayıb, davakar ritorika sərgiləyir. Xarici güclərin əlində maşa olmağa davam edir – bunun acı nəticələrini bilə-bilə, görə-görə. Az qala, hər gün dövlət sərhədlərimiz, o cümlədən Naxçıvandakı sərhəd böləmələrimiz atəşə tutulur. Demək istəyirlər ki, erməni ordusu guya darmadağın olmayıb, ayaqdadır.

Xain toplum burnundan uzağı görməsə də, bizə bu sırtıqlığın axırı məlumdur: Ermənistanın dünyanın xəritəsindən həmişəlik silinməsi (əgər Rusiyanın tərkibinə keçməzsə), kütləvi emiqrasiya. Məğlub Ermənistanın boşalmasına nə qaldı ki? Hətta bununla bağlı ermənilərdə sarkastik deyim də var: “Sonuncu çıxan (ölkədən gedən – Z.S.) işığı söndürsün”.

Ermənistanın “işığı” beləcə sönür, Ermənistan ümumiyyətlə sönür. Amma onun boşalmasına, dünya xəritəsindən silinməsinə, Rusiya tərkibinə keçməsinə lüzum qalmaya da bilər, əgər Azərbaycan və Türkiyəyə qarşı xəstə iddialara gec də olsa son qoysa. O zaman onun işığı da olacaq, qazı da. Özü də daimi…./Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*