Bu gün parlamentdə deputatların suallarını cavablandıran Nikol Paşinyan Almatı bəyannaməsinin Qarabağ münaqişəsinə nə dərəcədə aidiyyatı olması barədə sualı cavablandırarkən bildirib ki, Almatı Protokolu Sovet İttifaqının parçalanması və müstəqil dövlətlərə çevrilməsi ilə bağlı Belovejskaya Bəyannaməsinə qoşulmaqdan ibarətdir.
Almatı Bəyannaməsi də həmin bəyannamə kontekstində qəbul edilib. Həmin protokolda qeyd olunur ki, muxtar birliklər müstəqil dövlətlərin əməkdaşlığının tərkib hissəsi olmalıdır. Müsahibəmdə Qarabağ problemindən danışan Levon Ter-Petrosyanın eyni məzmunlu müsahibəsini xatırladım: “Bu gün Rusiya muxtariyyətlərinin statusu elədir ki, bu, Qarabağın əhalisini tam qane edir. Bundan artığını istəmirik”.
Bu, 1991-ci ilin dekabrında Ermənistan prezidentinin dediyi sözlərdir. Məhz bu andan Almatı bəyannaməsi Dağlıq Qarabağ nizamlanması kontekstində ortaya çıxdı. Soruşursunuz ki, Qarabağ məsələsində o bəyannamənin rolu nədən ibarətdir? Mən cavab verirəm: Həmin bəyannamə imzalanan andan bu sənəd etibarlıdır”, – deyə Nikol Paşinyan cavab verib.
Vəli Həsənov,
KONKRET.az