Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır.
Bu barədə KONKRET.az-a Agentlikdən bildirilib.
Məlumata görə, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksinin 8 saylı binası üzrə 33, 9 saylı binası üzrə 34, 10 saylı binası üzrə 11, 11 saylı binası üzrə 14, 12 saylı binası üzrə 15, 15 saylı binası üzrə 44 və 18 saylı binası üzrə 37 mənzilin, ümumilikdə 188 mənzilin satışı 23 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-a qədər davam edəcək.
Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa ümumilikdə 188 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 02.03.2020-ci il tarixli 29004, 17.12.2019-cu il tarixli 28607 nömrəli müsbət rəyləri mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verib.
Bina № | Binanın yerləşdiyi torpaq sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) |
Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi |
8 | 565,92 | 12 | 1 | 3 | 33 | 75,83 – 76,79 | 89,52 – 90,96 | “Araz İnşaatçı” MMC /
Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, mənzil 10/86 |
12.11.2021 |
9 | 565,92 | 12 | 1 | 3 | 34 | 75,83 – 76,79 | 89,52 – 90,96 | ||
10 | 797,21 | 9 | 2 | 4 | 11 | 96,1 – 96,67 | 111,31 – 111,37 | “Hünər-İnşaat” Firması /
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63 |
27.08.2021 |
11 | 797,21 | 9 | 2 | 4 | 14 | 96,1 – 96,67 | 111,31 – 111,37 | ||
12 | 797,21 | 9 | 2 | 4 | 15 | 96,6 – 96,67 | 111,37 | ||
15 | 565,92 | 12 | 1 | 3 | 44 | 75,17 – 76,79 | 89,52 – 90,96 | “GM Construction” MMC
(“Faktor Qrup-S” QSC ilə konsorsium) / Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189 |
12.11.2021 |
18 | 781,84 | 9 | 2 | 2 | 28 | 56,78 – 56,84 | 68,34 – 68,57 | “HN Construction” QSC /
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, m. 14 |
12.11.2021 |
3 | 9 | 74,73 – 74,78 | 87,05 |