Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir?backend

Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir?

Qız tələbələrin adından səhifələr yaradılır, icazələri olmadan şəkilləri paylaşılır.

KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki, universitetdə təhsil alan bəzi şəxslər də məsələni təsdiqləyirlər. Hətta tələbələr bir-birlərinə diqqətli olmaları, ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq da ediblər.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildirilib ki, bununla bağlı müəyyən tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

“Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma həyata keçirilir. Universitet tərəfindən hüquq-mühafizə orqanlarına zəruri dəstək və köməklik göstərilir. Bu kimi məsələlərin araşdırılması universitetin səlahiyyətindən və imkanlarından xaric olduğu üçün biz hüquq-mühafizə orqanları tərəfindən müvafiq qiymətləndirmə gözləyirik”,- deyə universitetin açıqlamasında bildirilib.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*