6-7 nəfər canlı yayıma qoşularaq qumar oynayır…
KONKRET.az xəbər verir ki, uduzub oyundan çıxanlar da var, 40 manatla başladığı oyunda 3 dəqiqədən sonra 80 manatı itirməsinə baxmayaraq davam edən də…
Son zamanlarda sosial şəbəkələrdə bu kimi halların sayı artıb.
Hüquqşünasların sözlərinə görə, oyunda iştirak edən şəxsləri 3 min manat cərimə gözləyir. Qumar oyunlarının təşkil olunmasına görə isə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər 40 min manat məbləğində cərimə edilir.
Daxili İşlər Nazirliyindən isə ‘Xəzər Xəbər”ə bildirildi ki, məsələ artıq nəzarətə götürülüb. /Xezerxeber.az