Sosial şəbəkələrin işində yenə problem yarandıbackend

Sosial şəbəkələrin işində yenə problem yarandı

Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkələrinin işində problemlər müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə populyar İnternet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, “İnstaqram”ın işində texniki qüsurlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya və digər ölkələrin sakinləri şikayət edib.

Problemlər həmçinin “Facebook” sosial şəbəkəsində də müşahidə edilməkdədir.

Xatırladaq ki, oktyabrın dördündə bütün dünyada “WhatsApp, “Instagram”, “Facebook” sosial şəbəkələrinin işində ciddi problemlər yaranmışdı. İstifadəçilərin çoxunda saytlar və mobil əlavələr açılmırdı.

Daha sonra “Twitter”, “Google” və “Amazon” öz fəaliyyətini dayandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*