Sosialist Əməyi Qəhrəmanın evi qarət edildi – RƏSMİbackend

Sosialist Əməyi Qəhrəmanın evi qarət edildi – RƏSMİ

Sabirabad rayon sakini Fatma Hüseynova Sabirabad rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib

Müraciətlə əlaqədar olaraq rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb.

Dindirilmə zamanı Elşən Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fatma Hüseynova Sosialist Əməyi Qəhrəmanıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*