Soyad sonluqlarını bu üsulla milliləşdirmək olar – Ekspertdən MÜHÜM ÇAĞIRIŞbackend

Soyad sonluqlarını bu üsulla milliləşdirmək olar - Ekspertdən MÜHÜM ÇAĞIRIŞ

Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Hazırda ölkədə müxtəlif soyad sonluqlarından “lı, -li, -lu, -lü, -zadə, -gil, -ov, -yev, -ova, -yeva və s) istifadə olunur: Bu vəziyyət isə bəzən soyad sistemində vahidliyin olmaması ilə bağlı suallar doğurur.

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü KONKRET.az-a bildirir ki, soyadlar antroponimlərin model tərkibini təşkil edən mühüm onomastik vahidlərdəndir:

Təranə Şükürlü

Onlar həm ailələri bir-birindən fərqləndirməyə, həm də bütöv bir nəslin adını tarixən mühafizə etməyə xidmət edir”.

Onun sözlərinə görə, Azərbaycan dilində soyadlar əsasən –lı, -li, -lu, -lü, -zadə, -gil, -ov, -yev və digər şəkilçilərlə düzəlir. Son illərdə soyadlarını milliləşdirən şəxslər daha çox -lı, -li, -lu, -lü və -zadə sonluqlarına üstünlük verirlər.

“Soyad sonluqlarının dəyişdirilməsi məcburi deyil. Bu şəxsi seçimə bağlı məsələdir. Ancaq yeni doğulan uşaqlara milli soyad sonluğu vermək daha məqsədəuyğundur”, – deyə Təranə Şükürlü qeyd edib.

Bəzi fikirlərə görə, “-ov”, “-yev” kimi rus mənşəli sonluqlardan imtina edilməlidir. Lakin mütəxəssis bu fikirlə tam razılaşmır:

“Düşünürəm ki, “-ov”, “-yev” sonluğu ilə bitən soyadlardan imtina etməyə ehtiyac yoxdur. Dil bunu illərdir qəbul edib, işlədib. Soyadların milliləşməsi daha çox maarifləndirmə ilə bağlı məsələdir”, – deyə o, əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*