Şoyqu HƏDƏLƏDİ:  “Rusiya kaset bombalarından istifadə etməmək qərarına yenidən baxa bilər”backend

Şoyqu HƏDƏLƏDİ: "Rusiya kaset bombalarından istifadə etməmək qərarına yenidən baxa bilər"

Rusiya kaset bombalarından istifadə etməmək qərarına yenidən baxa bilər.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O vurğulayıb ki, ABŞ Ukrayna müharibəsində bu tip mərmilərdən istifadə etməklə şərikləri ilə birlikdə hərbi cinayət törədir.

Şoyqu xatırladıb ki, Rusiyanın da arsenalında kaset sursatları var:

“İndiyə qədər humanitar səbəblərə görə onlardan istifadə etməkdən çəkinmişik. Lakin bu qərara yenidən baxıla bilər”.

Qeyd edək ki, iyulun 7-də Ağ Ev ABŞ-ın Kiyevə kassetli sursatlar ötürdüyünü bəyan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*