Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vaqner”in silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, nazir bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.
O qeyd edib ki, qiyama cəhd uğursuz olub:
“Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi”.
Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.