Şoyqu: “NATO KTMT ölkələrinə müdaxilə edir”backend

Şoyqu: “NATO KTMT ölkələrinə müdaxilə edir”

NATO qüvvələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan dövlətlərə müdaxilə praktikası həyata keçirir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT-nin Qazaxıstanda keçirilən toplantısında deyib.

“Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi mövcudluğu artır və yeni silah sistemlər yerləşdirilir. Hava məkanında təxribatların sayında artım var, çoxsaylı hərbi təlimlər keçirilir, o cümlədən KTMT ölkələrinin ərazisinə müdaxilə cəhdlərini müşahidə edirik”, – Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*