Xəbər verdiyimiz kimi, martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.
KONKRET.az “Meteo.az”a istinadla xəbər verir ki, növbəti üç gün ölkədə hava mülayim keçəcək.
Sabahdan temperatur getdikcə artacaq və 6 mart tarixində Bakıda 14 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə isə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.