Space TV-nin rəhbəri Vado Korovin olacaq? – AÇIQLAMAbackend

Space TV-nin rəhbəri Vado Korovin olacaq? - AÇIQLAMA

Vaqif Mustafayevin Space TV-nin rəhbərliyindən kənarlaşdırılmasından sonra bu vəzifəyə namizəd kimi bir neçə tanınmış şəxsin adı çəkilib. Onların sırasında Etibar Babayev, Turan İbrahimov və Vado Korovinin TV-nin rəhbəri olmaq şansının daha çox olduğu deyilib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin bildirib ki, bu fikirlər şayədir:

“Bilmirəm bu məlumat hardan əldə edilib. Heç bir fakt yoxdur. Deyilənlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Vado Korovinin bir neçə gün öncə ATV-dəki işindən ayrılması məlumatları onun “Space” TV-yə rəhbər təyin edildiyi iddialarını daha da gücləndirmişdi./redaktor.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*