Space TV-yə yeni rəhbər təyin olundu – FOTObackend

Space TV-yə yeni rəhbər təyin olundu - FOTO

Ülviyyə Mikayılova “Space” teleradio şirkətinə rəhbər təyin olunub.

KONKRET.az-a bu barədə Space TV-nin əməkdaşları məlumat verib.

Ülviyyə Mikayilova  yeni təyinatı barədə məlumatı “report”a təsdiq edib.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Xatırladaq ki, 2006-2021-ci illərdə “Speys”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*