“Spartak”a öz meydanında oynamaq qadağan edildibackend

“Spartak”a öz meydanında oynamaq qadağan edildi

RPL “Spartak”ın “Lukoyl Arena”da oynamasını ot örtüyünün keyfiyyətinə görə qadağan edib

KONKRET.az xəbər verir ki, Rusiya Premyer Liqası (RPL) Moskva “Spartak”ına 20-ci turun “Fakel Voronej”lə doğma meydanda keçirəcəyi oyuna qadağa qoyub. Bu barədə qurumun saytında məlumat verilir.

RPL bəyan edib ki, “Lukoyl Arena” stadionundakı ot örtüyü Rusiya Futbol İttifaqının qaydalarına və standartlarına uyğun deyil. Qeyd olunur ki, buna səbəb Moskvada rekord miqdarda qar yağmasıdır və bu, qazonun keyfiyyətinin aşağı düşməsinəgətirib çıxarıb. “Match TV”nin məlumatına görə, görüş “Lujniki”də baş tutacaq.

RPL mövsümünün ilk hissəsindən sonra “Spartak” turnir cədvəlində beşinci yerdədir. Paytaxt komandası 18 görüşdə 30 xal toplayıb. “Krasnodar” 38 xalla liderdir.

“Spartak” – “Fakel” matçının martın 10-da keçirilməsi nəzərdə tutulub. Moskva vaxtı ilə saat 19:00-da başlayacaq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*