İnformasiya-analitik proqramları yayımlayan “Sputnik Ermənistan” radiostansiyasının 2023-cü il sentyabrın 1-dən etibarən Xankəndi və ona bitişik ərazilərdə yayımı dayandırılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistanın səsi” qəzeti yazır.
Bildirilir ki, “Sputnik Ermənistan” informasiya-analitik radiostansiyasının Xankəndidə yayımının dayandırılması barədə qərarı bu il iyulun əvvəlində “Rossiya Seqodnya” Beynəlxalq Xəbər Agentliyi verib.
Günel Mikayılova,
KONKRET.az