Şri-Lankada fil sürüsü qatarla toqquşdubackend

Şri-Lankada fil sürüsü qatarla toqquşdu

Şri-Lankanın şərqində qatar vəhşi fil sürüsü ilə toqquşub.

KONKRET.az “Daily Mirror”-a istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də səhər tezdən Battikaloa-Kolombo xəttində baş verib. Toqquşma nəticəsində bir neçə heyvan xəsarət alıb. Lokomotiv və neftlə dolu dörd tanker relsdən çıxıb, onlardan ikisi aşıb. Qatarların hərəkəti dayandırılıb, qəzanın nəticələrini aradan qaldırılması bir neçə gün çəkəcək. Şri-Lankada vəhşi fillər  qanunla qorunur. Amma hər il 200-ə yaxın fil  öldürülür. Fillər də dinc dayanmır. Vəhşi fillər hər il təxminən 50 şri-lankalının ölümünə səbəb olur. Fillər daha çox kəndlərə hücum edir. Məlumata görə, Şri-Lankada 7 minə yaxın fil var.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*