Stepanyan: “Bugünkü və sabahkı nəsillərin taleyi məni çox narahat edir”backend

Stepanyan: “Bugünkü və sabahkı nəsillərin taleyi məni çox narahat edir”

“Erməni xalqı birləşdikdə güclü olacaq. Buna əminəm”.

KONKRET.az xəbər verir ki, pedaqoq Manuşak Stepanyan bugünkü və sabahkı nəsillərin taleyindən narahatlığını bildirən müraciət yayımlayıb:

“Mövcud vəziyyəti nəzərə alaraq bugünkü və sabahkı nəsillərin taleyi məni çox narahat edir. Heç bir siyasi qüvvəyə aid deyiləm, heç bir partiyaya mənsub deyiləm, gücüm və birliyim erməni xalqım və Ermənistandır.

Mənim gələcək nəslimə təhlükəsiz və firavan Ermənistan lazımdır. Bunu təmin etmək üçün fevralın 20-də saat 15: 00-da Azadlıq meydanına toplaşacağıq.

Xatırladaq ki, həmin tarixdə Azadlıq Meydanında Vətən Qurtuluş Hərəkatının mitinqi keçiriləcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*