“NATO nüvə ittifaqı olaraq qalacaq. Eyni zamanda, NATO silahlara nəzarətin tərəfdarıdır və həmişə nəzarət sazişlərini dəstəkləyib”.
KONKRET.az xəbər verir ki, bu szöləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, NATO təlimlər keçirmək və lazımi avadanlıqlara investisiya qoymaqla öz nüvə təhlükəsizliyini təmin edir.
Onun sözlərinə görə, nüvə silahlarına nəzarətlə bağlı gələcək müqavilələrə Çin də daxil edilməlidir.
NATO-nun baş katibi həmçinin əlavə edib ki, alyans Rusiyanın nüvə potensialı ilə bağlı hərəkətlərini yaxından izləyir lakin Rusiya tərəfindən NATO-nu hərəkətə gətirəcək hər hansı narahatedici hərəkətə hələ ki rast gəlinməyib.
Burhan,
KONKRET.az