“Müttəfiqləri Ukraynaya təcili hərbi yardıma, xüsusilə də hava hücumundan müdafiə və sursatların tədarükünü sürətləndirməyə çağırıram”
KONKRET.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki mənzil-qərargahında Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşü zamanı deyib.
Stoltenberq qeyd edib ki, Ukraynada döyüş meydanında vəziyyət mürəkkəbdir və hərbi yardımın gecikdirilməsi – ilk növbədə hava hücumundan müdafiə və döyüş sursatlarının tədarükü Rusiya raketlərinin daha çox hədəfi vurmasına imkan verəcək.
“Ukrayna sadəcə gözləyə bilməz. Onun havadan müdafiə, sursat və köməyə ehtiyacı var. Dərhal kömək edilməlidir”, – deyə o vurğulayıb.
Baş katib xatırladıb ki, Alyans Kiyevə indi və uzunmüddətli perspektivdə etibarlı və proqnozlaşdırıla bilən yardım göstərməyə çalışır ki, “Ukrayna NATO öhdəliklərinə etibar etsin”.
Günel Mikayılova,
KONKRET.az