Stomatoloji klinikada qalmaqal: Həkim həbs olundu – VİDEObackend

Stomatoloji klinikada qalmaqal: Həkim həbs olundu - VİDEO

Aktauda azyaşlı xəsətə uşağa zərər verən diş həkimi məhkəmənin qərarı ilə həbs edilib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tibbi müayinə nəticəsində uşağın yüngül xəsarət aldığı müəyyən edilib. Bu səbəbdən ötən gün həkim barəsində həbs qəti-imkan tədbiri seçilib.

“Həkim günahını etiraf etdi, hərəkətlərində ağırlaşdıran və yüngülləşdirən halları nəzərə aldığımızı başa düşdü. Qazaxıstan Respublikası İnzibati Xətalar Məcəlləsinin 73-1-ci maddəsinə əsasən cəza təyin edildi – üç gün həbs olundu. O, azadlıqdan məhrum edilməməsini, yalnız cərimə ilə kifayətlənməsi istəyirdi”, – deyə Aktau inzibati məhkəməsini hakimi Altay Konusov bildirib.

 

View this post on Instagram

 

A post shared by АКТАУ | МАНГЫСТАУ 🍁 (@aqtau_live) on

Onun sözlərinə görə, həkimə qarşı alternativ cəza (yalnız cərimə olunması) ağırlaşdıran hallara görə – zərərçəkmişin əlilliyi səbəbindən tətbiq edilə bilməzdi.

 

View this post on Instagram

 

A post shared by АКТАУ | МАНГЫСТАУ 🍁 (@aqtau_live) on

Xatırladaq ki, sosial şəbəkələrdə diş həkiminin serebral iflicdən əziyyət çəkən azyaşlı uşaq ilə kobudcasına rəftar etməsi barədə video yayılıb. Daha sonra diş həkiminin qazaxıstanlılara və uşağın qohumlarına ünvanlanmış video mesajı yayılıb.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Son xəbərlərə görə, polis həkimdən əlavə uşağın anasının da məsuliyyətə cəlb edilə biləcəyini söyləyib: “Videoya baxmışıq, ananın da uşağı döydüyünə diqqət etmişik. Uşağın anası ilə əlaqədar rəsmi araşdırma aparılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*