Sudanda döyüşlər şiddətlənir, ordu qərargahı ələ keçirilibbackend

Sudanda döyüşlər şiddətlənir, ordu qərargahı ələ keçirilib

Sudanın Şimali Darfur bölgəsində mühasirədə olan əl-Fəşər şəhərində döyüşlər intensivləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.

Sürətli Dəstək Qüvvələri (Rapid Support Forces – RSF) adlı yarımhərbi qrup hökumətə sadiq Sudan Silahlı Qüvvələrinin qərb bölgəsindəki son dayaq nöqtəsi sayılan hərbi bazanı ələ keçirdiyini bəyan edib.

RSF sözçüsü bazar günü verdiyi açıqlamada bildirib ki, “qüvvələrimiz əl-Fəşərdəki 6-cı Diviziyanı azad etməyi bacardı, bu strateji hərbi bazaya tam nəzarət qurmaqla ordunun və onun müttəfiqlərinin belini qırdı”.

O, bu hadisəni mühüm dönüş nöqtəsi adlandırıb: “Hərbi bazanı ələ keçirərək bütün sudanlıların azadlıq, sülh və ədalət arzularına uyğun olaraq dövlətin inşasına aparan yolda uğur qazanırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*