Suiti cəsədlərindən nümunələr götürüldü – FOTObackend

Suiti cəsədlərindən nümunələr götürüldü - FOTO

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən artıq cəsədlərdən nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Xidmət rəisi Firuddin Əliyev KONKRET.az-a bildirib ki, mütəxəssislər tərəfindən suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.

Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanmışdı. Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti cəsədləri aşkar olunub.

Suiti cəsədlərindən nümunələr götürüldü - FOTO

Suiti cəsədlərindən nümunələr götürüldü - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*