Sülh müqaviləsi ilin sonunadək imzalana bilər – Erməni deputatdan açıqlamabackend

Sülh müqaviləsi ilin sonunadək imzalana bilər - Erməni deputatdan açıqlama

“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 13-də Ermənistan parlamentində brifinq zamanı hakim partiyanın deputatı, parlamentin Xarici Əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.

Onun sözlərinə görə, bütün fundamental məsələlər təsdiqlənərsə və sülh müqaviləsində öz yerini taparsa, o zaman imzalanma sadəcə, texniki xarakter daşıyacaq:

“Əgər İrəvanın göndərdiyi sülh müqaviləsi təklifləri rəsmi Bakını qane edərsə, o zaman müqavilə bu ilin sonunda imzalana bilər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*