Sülh sazişi üzrə irəliləyişi dayandırmaq Bakını güc tətbiq etməyə vadar edə bilər – “Stratfor”backend

Sülh sazişi üzrə irəliləyişi dayandırmaq Bakını güc tətbiq etməyə vadar edə bilər - "Stratfor"

“Sülh sazişi üzrə irəliləyişi dayandırmaq Bakını güc tətbiq etməyə vadar edə bilər”.

KONKRET.az Amerikanın “Stratfor Worldview” saytında dərc olunan məqalədə Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarından bəhs edilir.

Həmin məqalənin kiçik ixtisarlarla təqdim edirik:

Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdə heç bir konkret siyasi dəyişiklik əldə olunmasa da, tərəflər görüşün davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Xarici işlər nazirləri sülh müqaviləsi hazırlamaq üçün əhəmiyyətli danışıqlar aparır.

Ermənistan qoşunlarının yaxın həftələrdə Qarabağdan çıxarılması ikitərəfli mübahisədə Azərbaycanın üstünlüyünü daha da gücləndirəcək. Regionun dağlıq ərazisi ilə əlaqədar nəqliyyat marşrutlarının məhdud olması Azərbaycanın genişmiqyaslı hərbi əməliyyata başlayacağı təqdirdə Ermənistan qüvvələrinin dəhlizi ələ keçirmədən Qarabağa qayıtmasını hərbi baxımdan mümkünsüz edəcək.

Amma bu risklərə baxmayaraq, Ermənistan iyulda verdiyi sözə əməl edəcək və sentyabrda bütün qoşunlarını Qarabağdan çıxaracaq. Ermənistan bunu etməsə, bu, Azərbaycanla əlavə toqquşmalara, hətta daha bir irimiqyaslı müharibəyə gətirib çıxara bilər. Bakının daha güclü qüvvələrinin olduğunu nəzərə alsaq, bu, İrəvana baha başa gələcək və ona heç bir xeyir verməyəcək.

Lakin Azərbaycanın güc tətbiqinə getməsi ehtimalı azdır (ən azı hələlik). Əvəzində Azərbaycan öz üstünlüyündən istifadə edərək İrəvanı Bakının şərtləri ilə sülh sazişi bağlamağa inandırmağa çalışacaq. Azərbaycan üstünlüyünü nümayiş etdirmək üçün Qarabağda erməni qüvvələrinə qarşı məhdud hərbi əməliyyatlar keçirə bilər.

Bununla belə, Azərbaycan 2020-ci il üçtərəfli atəşkəsi pozacaq və sülh danışıqlarına xələl gətirəcək hərbi əməliyyatlardan qaçacaq. Regionun gələcəyi və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı 2020-ci ildə əldə olunan atəşkəsdən sonra həllini tapmayan bir çox məsələlərə aydınlıq gətirmək üçün sülh sazişi bağlanmalıdır. Həll olunmayan məsələlər arasında Qarabağda qalmağa qərar verən ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsinin əsas mexanizmləri də var.

Sülh müqaviləsinin imzalanması çox güman ki, həm Ermənistanı, həm də Azərbaycanı Türkiyə və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirməyə sövq edəcək. Sülh müqaviləsi Rusiya sülhməramlılarının Qarabağdakı gələcəyini də şübhə altına ala bilər. Tərəflər arasında sülh və Rusiyanın Cənubi Qafqazda iştirakının azalması Aİ və türk investorlarının regionu daha az riskli görməsini təmin edə bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*