“Qarabağ xalqı öz gələcəyini Azərbaycanın tərkibində görmür və artıq bu məsələ ilə bağlı öz mövqeyini bildirib”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma quruma Rusiyanın təlimatı ilə göndərilmiş və “dövlət naziri” təyin olunmuş Ruben Vardanyan Facebook səhifəsində yazıb.
“Qarabağ xalqı öz gələcəyini Azərbaycanın tərkibində görmür və bu məsələ ilə bağlı öz aydın mövqeyini çoxdan ifadə edib.
Azərbaycan da anlamalı və qəbul etməlidir ki, sülhə nail olmağın yeganə yolu eyni regionda yanaşı yaşamaqdır, amma birlikdə deyil. Bunu Almaniyanın ictimai televiziya kanalına verdiyim müsahibədə bir daha təkrar etmək imkanım oldu.
Telekanal Ermənistan və Qarabağ, xüsusilə 13 sentyabr hadisələri və onun nəticələri haqqında geniş reportaj təqdim edib.
Biz dünya mediasının bu münaqişəyə diqqətini alqışlayırıq”, – deyə Vardanyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az