Sülhməramlılar aksiya yerinə bir neçə yük maşını gətiriblər, onların arasında ermənilərə məxsus avtokran da var.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Hazırda sülhməramlılar aksiya yerinə bir neçə yük maşını gətirərək barrikada qurublar. Ermənilərə məxsus avtokran da maşınların arasındadır.
Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
Etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xuraman Etibarlı,
KONKRET.az