Laçın dəhlizində “musiqili döyüş” başlayıb.
KONKRET.az xəbər verir ki, Qarabağdakı sülhməramlılar aksiya keçirilən əraziyə səsgücləndiricilər gətirib. Onlar İkinci Dünya Müharibəsi illərinə aid kompozisiyaları səsləndirirlər.
Azərbaycanlı fəallar dövlət himnini oxuyur və ekologiya problemlərindən bəhs edən Maykl Ceksonun «Earth Song» mahnısını dinləyirlər.
Aksiya iştirakçılarının qeyd etdiyinə görə, sülhməramlılar bununla haqq səsimizi batırmağa çalışırlar.
Xuraman Etibarlı,
KONKRET.az