Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolda vəziyyət gərgin olaraq qalır.
KONKRET.az xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, sülhməramlılar Qarabağdakı yerli dəstələrin üzvlərinə xəbərdarlıq edib.
Onlar bildiriblər ki, aksiyanın keçirildiyi əraziyə yaxınlaşmamaq daha yaxşıdır. Çünki təxribat baş verərsə, orada yerləşən Azərbaycan hərbçiləri atəş aça bilər və onlar cavab verə bilməyəcəklər.
Qeyd edək ki, sülhməramlılar əraziyə çoxlu sayda canlı qüvvə, ağır silah və texnika cəlb edib.
Xuraman Etibarlı,
KONKRET.az