Sülhməramlılar tanınmış erməni siyasətçinin Qarabağa girişinə QADAĞA QOYDU – FOTObackend

Sülhməramlılar tanınmış erməni siyasətçinin Qarabağa girişinə QADAĞA QOYDU - FOTO

Ermənistanın tanınmış siyasətçisinə Qarabağa getmək qadağan olunub.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın “İrs” partiyasının lideri Raffi Ovannisyan Qarabağa buraxılmayacaq.

Bu barədə erməni siyasətçi özü məlumat verib. Ovannisyan bəyan edib ki, Rusiya Federasiyası sülhməramlıları onun Azərbaycanın Qarabağ bölgəsinə girişinə rəsmən qadağa qoyub. O, Xankəndiyə nəvəsinin xaç suyuna salınma mərasimində iştirak etmək üçün gedirdi.

“Dünən axşam Laçın keçid məntəqəsindəki rus hərbçiləri öz komandirlərinin əmrini əks etdirən fotoşəkil göstərdilər, imtinanın dəqiq əsasını gətirmədilər. Lakin qadağanın rəsmi İrəvanın “yuxarıdan” verilə biləcəyini təsdiq etdilər.

Bu qərardan xəbərsiz və çox təəccüblənən Qarabağ “hökuməti” uzun müddət qanunsuzluğa aydınlıq gətirməyə, tənzimləməyə çalışsa da, hər şey boşa çıxdı. Qarabağ “nazirlər kabinetinin nümayəndələri” bu yolverilməzliyə Bakının göstərişini istisna etmədilər”, – deyə o bildirib.

Qeyd edək ki, 2002-ci ildə Raffi Ovhannisyan ilk xarici işlər naziri və 2013-cü ildə prezidentliyə namizəd olub. Onun təsis etdiyi “İrs” partiyası milli-liberal partiyadır.

P.S. Rusiya sülhməramlı kontingenti hərdən öz missiyasını yerinə yetirməyə çalışır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*