“Azərbaycan Prezidentinin müraciətini bir çox məsələlərə aydınlıq gətirən sənəd kimi qəbul etmək lazımdır. Baş vermiş hadisələrə həm siyasi qiymət verilir, həm də görüləcək işlər barədə geniş məlumat var.
Xalqa müraciət, ondan sonra Anadolu Agentliyinə verilən geniş müsahibəni diqqətlə dinləmək siyasətçilərə vacibdir” deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov fikrini onunla əsaslandırdı ki, Prezidentin açıqladığı nüanslar əsasında aydın bir mənzərə yaranır.
KONKRET.az-ın məlumatına görə, politoloq bizim media-ya bildirib ki, Prezident İlham Əliyev müxtəlif mövzulara toxunub.
Ona görə də hər bir mövzu ətrafında geniş danışmaq olar:
“Amma əsas vacib olan məsələlərdən biri bəlkə də bizim xarici siyasətə aiddir. O cümlədən, uzun müddət vasitəçilik edən Minsk Qrupu haqqında fikirlər vacibdir. Daha sonra Prezidentin sülhməramlılarla bağlı fikriləri də əhəmiyyətli mövzudur. Çünki ictimaiyyətdə sülhməramlılara aid narahatçılıq var. Missiyanın Qarabağda hansı işlərlə məşğul olması da çox suallar doğurur”.