Şumaxerin avtomobili hərraca çıxarıldıbackend

Şumaxerin avtomobili hərraca çıxarıldı

Alman pilot Mixael Şumaxerin “Formula 1”in son mövsümündə “Ferrari” komandasında sürdüyü avtomobil hərraca çıxarılıb.

KONKRET.az “The Mirror” qəzetinə istinadən xəbər verir ki, əfsanəvi pilotun uğur qazandığı avtomobilin 15 milyon dollara satılması ehtimal edilir.

Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək. Yeri gəlmişkən, 55 yaşlı Şumaxer “Formula 1”də 7 dəfə qalib adını qazanıb. Böyük Britaniyalı Lyuis Həmiltonun hesabında da 7 çempionluq var. Amma qələbələrin sayına görə Hamilton Şumaxeri qabaqlayır.
Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*