Sumo güləşi III Avropa Oyunlarının proqramına salınıbbackend

Sumo güləşi III Avropa Oyunlarının proqramına salınıb

Sumo güləşi bu il Polşada keçiriləcək III Avropa Oyunlarının proqramına salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində Avropa Sumo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sumo Federasiyanın prezidenti Samir Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu məsələ demək olar ki, dəqiqləşib: “Hazırda sumonun əsas proqramda olmasının üzərində işləyirik. Hələlik müsabiqədənkənar nəzərdə tutulub. Biz isə istəyirik ki, digər idman növləri kimi, sumoda da qələbə qazanan idmançılara Avropa Oyunlarının medalları və diplomları verilsin. Bunun əsas proqrama daxil edilməsini istəyirik. Düzdür, çox çətin işdir”.

Abdullayev bildirib ki, Beynəlxalq Sumo Federasiyasının əvvəlki prezidenti Hidetoşi Tanaka bu idman növünün Olimpiya Oyunlarının proqramında olmasını istəmirdi: “Ötən ilin noyabrında seçkilər keçirildi və rəhbərlikdə dəyişikliklər oldu. Yeni prezidentin əsas məqsədi sumonun olimpiadada yer almasıdır. Hazırda bunun üzərində iş gedir. Əvvəllər maraq yox idi, indi isə var. Yayda çimərlik sumosunu da inkişaf etdirəcəklər. Yaponlar da buna maraq göstərir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*