backend

Sumqayıt-Bakı yolunda zəncirvari qəza: 6 maşın zədələndi - VİDEO

Dünən Sumqayıt-Bakı yolunun Xırdalan qəbiristanlığı yaxınlığında zəncirvari qəza baş verib.

KONKRET.az-ın hadisə yerində olan müxbirinin verdiyi xəbər görə, hadisəyə səbəb ara məsafəsinin saxlanılmaması olub. Öndə gedən Mercedes markalı maşının qəfil əyləci basması ilə arxadan gələn 5 maşın qəzanın iştirakçısına çevrilib. Qəzada Daewoo Nexia, QAZ-31, Range Rover, Toyota və 2 Mercedes maşınına ciddi zərər dəyib.

Hadisə yerinə DYP-nin əməkdaşları gəliblər və yolda yaranmış sıxlığı aradan qaldırmağa çalışıblar.

Hadisədə günahkarın kim olması araşdırmadan sonra müəyyən ediləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*