Sumqayıt bu gün susuz qaldıbackend

Sumqayıt bu gün susuz qaldı

Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Şəhəri içməli su ilə təchiz edən magistral su xəttində intensiv yağışlardan sonra bulanıqlıq əmələ gəlib.

Əhaliyə verilən içməli suyun təmizlənməsi ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarına qədər Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranıb.

İşlər yekunlaşandan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*