Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanıldıbackend

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda oğurluq hadisələri qeydə alınıb.

Bu barədə KONKRET.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər ayrı-ayrı vaxtlarda evlərdən məişət əşyaları, su qızdırıcı və təmir alətlərini talayıblar.

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – əvvəllər məhkum olunmuş 37 yaşlı Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*