Sumqayıtda dəhşətli qətl hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.
Bildirilir ki, fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmişin əri 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.