Sumqayıtda iki azyaşlı uşağın oğurlanması faktı yalandır – DİNbackend

Sumqayıtda iki azyaşlı uşağın oğurlanması faktı yalandır - DİN

Sumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. iddialar yoxlanılıb, təsdiqini tapmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*