Sumqayıtda koronavirus xəstəsi karantin postunda saxlanıldı – FOTObackend

Sumqayıtda koronavirus xəstəsi karantin postunda saxlanıldı - FOTO

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

KONKRET.az xəbər verir ki, şəhər ərazisində qurulmuş karantin postlarının birində “Nissan Sunny” markalı avtomobil saxlanılıb.

Araşdırma nəticəsində avtomobili idarə edən Bakı şəhər Səbail rayonunda qeydiyyatda olan və hazırda  Sumqayıt şəhər Novxanı bağlarında yaşayan 4 yaşlı Seymur Nuriyevin aktiv koronavirus xəstəsi olduğu məlum olub.

Polis əməkdaşları tərəfindən əraziyə tibbi briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Sumqayıtda koronavirus xəstəsi karantin postunda saxlanıldı-FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*