Sumqayıtda itkin düşən məktəbli tapıldı – FOTO / YENİLƏNİBbackend

Sumqayıtda itkin düşən məktəbli tapıldı - FOTO / YENİLƏNİB

Sumqayıtda itkin düşən məktəbli Nihad Pənahov tapılıb.

KONKRET.az xəbər verir ki, onun yaxınları hazırda Sumqayıt şəhər 4-cü polis bölməsindədir.

22:04

Sumqayıt şəhər 1 saylı orta məktəbin şagirdi Nihad Pənahov itkin düşüb.

KONKRET.az xəbər verir ki, şagirdin yaxınlarının verdiyi məlumata görə, Nihad dərsə getdikdən sonra itib.

“Nihadın 7 dərsi var idi. 5-ci dərsdən uşaq yoxa çıxıb. Kameralara belə düşməyib. Polisə məlumat vermişik”, – deyə Nihadın bacısı bildirib.

Qeyd edək ki, 2010-cu il təvəllüdlü Nihad 7-ci sinif şagirdidir. Onu görənlərdən polisə müraciət etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*