Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanaraq öldürülüb.
KONKRET.az xəbər verir ki, bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda iş üzrə istintaq davam edir.