Sumqayıtda avtobus sürücüləri arasında insident yaşanıb.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, 7A marşrutu üzrə çalışan sürücülərdən biri önə keçmək, daha çox sərnişin mindirmək və “planı” doldurmaq üçün digər avtobusun önünü kəsib.
Bu, azmış kimi avtobus sürücüsü işıqforun yaşıl işığında öz həmkarının hərəkətinə mane olub.
Ona qarşı qarşı qeyri-etik ifadələr işlədib.
Həmin görüntüləri təqdim edirik: