Sumqayıtda intihar hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, əslən İmişlidən olan 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu dəniz sahilində özünü ağacdan asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.
Qeyd edək ki, intihar edən şəxs Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsininin 4-cü kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo.az