Sumqayıtda yoxlama: Zakir Fərəcov işdən çıxarılacaq?backend

Sumqayıtda yoxlama: Zakir Fərəcov işdən çıxarılacaq?

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrünün araşdırıldığı qeyd olunub.

Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.

Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Sumqayıt Şəhər İcra Hakimiyyətində hər hansı yoxlama aparılmır”.

Sektordan Zakir Fərəcovun işə çıxmadığı barədə iddiaların da həqiqəti əks etdirmədiyi bildirilib.

  • Tahir
    Yanvar 16, 2023 - 18:20

    Z.Fərəcovun 69 yaşı var. Digərlərinin 65 yaşı tamam olan kimi işdən azad edirlər. Bu hələ sürtə-sürtə gedir. Yəni bunun qərisi, cinsi xüsusi materialdandır ki, hələ işləyir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*