“Süni intellektin birjada uğurlu alış-veriş edib, pul qazandırması mümkün deyil” – XƏBƏRDARLIQbackend

"Süni intellektin birjada uğurlu alış-veriş edib, pul qazandırması mümkün deyil" - XƏBƏRDARLIQ

“Bir süni intellektin hər gün birjada uğurlu alış-veriş edib, pul qazandırması mümkün deyil. Ən azından bazar dalğalanmaları buna imkan verməz”.

KONKRET.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.

O bildirib ki, “TOST” piramida sistemi xəbərdarlıqlarıma baxmayaraq sürətlə yayılmaqda davam edir.

“Qoşulanlar bu sisteminin hələ də süni intellekt əsaslı birjada alış-veriş edən bot olduğunu müdafiə edirlər. Lakin, bir süni intellektin hər gün birjada uğurlu alış-veriş edib, pul qazandırması mümkün deyil. Ən azından bazar dalğalanmaları buna imkan verməz. Skam saytları “TOST”un çox təhlükəli platforma olduğunu qeyd edir.

Amma fayda yoxdur. İnsanlar inanıb, qohum-əqrabasını, dost-tanışını oda ataraq, öz mənafelərini və qazanclarını güdürlər. “TOST” partlayacaq. Gec-tez partlayacaq. Diqqətli olun, uzaq olun”.

Aygün, 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*